Rusiya, Belarus və Ukrayna prezidentləri Belovejski Puşada toplaşıb İttifaq dövlətini bərpa etsə idilər, pis olmazdı.
Oxu.Az xəbər verir ki, bu barədə Twitter-dəki şəxsi səhifəsində Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovski yazıb.
“22 il əvvəl SSRİ-ni qeyri-qanuni buraxdılar, indi bu qərarı ləğv etmək lazımdır” – deyə, LDPR-in rəhbəri qeyd edib.
Bundan başqa, Jirinovski Ukrayna müxalifəti rəhbərlərini həbs etməyə çağırıb:
“Yanukoviçin əlində bütün hüquqi əsaslar var ki, “Azadlıq”, “Batıkivşina” və “UDAR”ı dərhal qadağan etsin. Onların liderlərini həbs etsin”.
Qeyd edək ki, 1991-ci il dekabrın 8-də məhz Belovejksaya puşada SSRİ-nin dağılması haqqında saziş imzalanmışdı. O zaman RSFSR-in prezidenti Boris Yeltsin, Ukraynanın rəhbəri Leonid Kravçuk və Belarus Respublikası Ali Sovetinin sədri Stanislav Şuşkeviç SSRİ-nin dağılması haqqında “Belovejsk sazişini” imzalamışdılar.

Elvin Əhmədov
www.oxu.az