Rusiya Liberal-Demokrat Partiyasının (LDPR, rəhbəri Vladimir Jirinovski) deputatı Roman Xudyakov miqrantlara qarşı ölüm hökmünün tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Oxu.Az “İvestiya”ya istinadən xəbər verir ki, qanunverici şəxs pedofillər və seriyalı qətllərə görə ölüm hökümünün tətbiqini istəyir.
Təşəbbüsə əsasən, ölüm hökmü miqrantların törətdikləri ağır və xüsusilə ağır cinayətlərə münasibətdə də tətbiq olunacaq.
R.Xudyakovun rəyinə görə, etnik cinayətkarlığı yalnız miqrantlara qarşı “azadlıqdan məhrumetmə, ölüm hökmü, 15 il müddətinə deportasiya” kimi tədbirlər görməklə əngəlləmək olar.
Onu partiya yoldaşı, LDPR-in Moskva meri vəzifəsinə keçirilən seçkilərdə namizədi olmuş Mixail Deqtyarov da dəstəkləyib.