Çeçenistanın rəhbəri Ramzan Kadırov regionun ərazisində “İslam Dövləti” (İŞİD) terror təşkilatının bazalarının olmayacağını əminliklə bildirib, Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“Biz bu “İblis dövləti”ndən Şimali Qafqazda filial açmaları haqqında və onların sahələrinin böyüməsini eşitmişik.
Mən əmin etmək istəyirəm ki, bu şeytanların ümid etməyə yeri yoxdur və çeçen Respublikasında onların bazaları, filialları, heç “iyi” belə olmayacaq”, - Kurçaloyevski rayonunun Tsentaro kəndində xüsusi təyinatlı dəstələrin hərbi hazırlığını yoxlayan Kadırov bəyan edib.
“Bura heç kim qruplar şəklində gələ bilməz, risk etsələr belə, bu, həyatlarında etdikləri son şey olacaq”, - Çeçenistan rəhbəri bildirib.