Çeçenistan rəhbəri Ramzan Kadırov və reper Timati yoldaşlıq sparinqində mübarizə aparıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Kadırov İnstagram-ında bildirib.
“Biz artıq rinqi tərk etmişik. Timati sağ və salamatdır! Başqa cür ola da bilməzdi! Mən hər zaman xalqın fikrini nəzərə almağa çalışıram, xalq isə Timatini sevir! Axı mən xalq sevimlisini dərin nokauta göndərə bilməzdim”, - Kadırov hadisəni şərh edib.
Timati isə öz növbəsində görüşdən öncə öz İnstagram-ında Kadırov ilə sparinqdən öncə zarafatcasına öz qızı ilə vidalaşıb.