Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kadırovun qızına Çeçenistanda yüksək vəzifə verildi - FOTO
Çeçenistan Prezidenti Ramzan Kadırovun 24 yaşlı qızı Ayşat ölkənin baş nazirinin sosial məsələlər üzrə müavini olacaq.
Bu qərarı Çeçenistan rəhbəri təsdiqləyib. Bu barədə Kadırovun özü “Telegram” kanalında məlumat verib.
O qeyd edib ki, Ayşat Kadırovanın bu vəzifəyə təyin edilməsi təklifini hökumətin geniş iclasında Çeçenistan parlamentinin sədri Muslim Xuçiyev irəli sürüb.
“Mən Muslim Xuçiyevin təklifini dəstəklədim. Sözsüzdür ki, Ayşat Kadırova regionun Mədəniyyət Nazirliyinin fəaliyyətinin yaxşılaşdırılmasına böyük töhfə verib və iş təcrübəsi əldə edib”, - deyə o bildirib.
Maraqlıdır ki, bu, Ayşat Kadırovanın ilk dövlət vəzifəsi deyil. Bundan əvvəl o, Çeçenistanın mədəniyyət nazirinin müavini olub, sonra isə bu nazirliyə özü rəhbərlik edib.
"Maraqlı" teqi üzrə xəbərlər
- Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb
- Alimlərdən yeni kəşf: Ələ əlavə edilən bir barmaq insanı mükəmməlləşdirir
- Fransa və ABŞ-nin Ukrayna üzərindən çirkin oyunları - ŞƏRH + FOTO
- ABŞ kəşfiyyatı Azərbaycan-Ermənistan münasibətlərinə zərbə vurur - ŞƏRH + FOTO
- Sürücülərin illərlə çözülməyən dərdinə çarə axtarılır: Cərimə artırılacaq, yoxsa parklanma yerləri? - FOTO
Rəylər