Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kaliforniyada baş verən qasırğa zamanı üç nəfər həyatını itirib - YENİLƏNİB + VİDEO
Kaliforniyada qasırğa nəticəsində azı üç nəfər həlak olub.
Yerli administrasiya nümayəndəsi bildirilib ki, onlar əlverişsiz hava şəraitində ağacların aşması nəticəsində həyatlarını itiriblər.
Bundan başqa yarım milyondan artıq istehlakçı işıqsız qalıb.
O da vurğulanır ki, bəzi ərazilərə iki gün ərzində yağıntının bir aylıq norması düşüb.
Mənbə: The New York Times
01:58
ABŞ-nin qərb sahili bir neçə gün ərzində əhəmiyyətli yağışlarla üzləşib və Kaliforniyada 20 milyon insan daşqın xəbərdarlığı alıb.
Qeyd olunur ki, çərşənbə günündən başlayaraq Şimali Kaliforniyada güclü yağışlar yağıb və cümə axşamı səhər Los-Ancelesə çatıb. Şəhərin bəzi yollarını su basıb, turistlər arasında sahil mənzərələri ilə tanınan avtomobil yolu olan “Pacific Coast Highway”in bir hissəsi bağlanıb.
2023-cü ildə ABŞ-nin qərb sahilində demək olar ki, rekord miqdarda yağıntı gətirən bir sıra çox güclü tufanlar səbəbindən qış həddindən artıq yağıntılı keçib. Digər tərəfdən, bu yağıntılar Kaliforniyaya bir neçə illik şiddətli quraqlıqdan sonra su təchizatını bərpa etməyə imkan verib.
Qeyd edək ki, Kaliforniya tarixən bir-birini əvəz edən istilik və güclü yağış dalğalarına artıq öyrəşib.
Mənbə: noi.md
Rəylər