Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kamal Kılıçdaroğlu yenidən CHP-nin lideri seçilib - FOTO
Türkiyənin ana müxalifəti - Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankarada keçirilən fövqəladə qurultayında Kamal Kılıçdaroğlu yenidən partiyanın lideri seçilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, keçirilən səsvermədə K. Kılıçdaroğlu 740 səs, onun rəqibi Məhərrəm İncə isə 415 səs alıb.
Lakin bu nəticə K. Kılıçdaroğlu və onun tərəfdarlarını məmnun etməyib. M. İncə gözləniləndən daha çox səs alıb. Belə ki, M. İncə cəmi 177 imza ilə partiya sədrliyinə namizəd göstərilsə də, qurultay nümayəndələrinin üçdə birinin sisini ala bilib. K. Kılıçdaroğlunun sədrliyə namizədliyi üçün 944 nümayəndə imza versə də, onların yalnız 740-ı öz imzasına sadiq qalıb. Bu durum CHP daxilində mövcud rəhbərliyə qarşı ciddi narazılıqların olduğunu göstərir.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
- Türkiyənin tanınmış müğənnisi Sertab Erener məhkəməyə verildi
- Ekrem İmamoğlunun həbsindən sonra internetdə təxribat törədənlərin sayı açıqlanıb
- Türkiyənin ədliyyə naziri Ekrem İmamoğlunun saxlanılmasına münasibət bildirib
- Ekrem İmamoğlu əlyazması ilə mesaj paylaşdı