ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd və vitse-prezident Kamala Harris aparılan rəy sorğusunda ABŞ-nin keçmiş prezidenti Donald Trampı qabaqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "YouGov" ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələri göstərib.
Belə ki, sorğu iştirakçılarının 46 faizi prezident seçkisində K.Harrisi dəstəkləməyə hazırdır, 43 faiz isə D.Trampa üstünlük verib.
Respondentlərin daha 3 faizi müstəqil namizəd Robert Kennediyə səs verəcəyini söyləyib. Digər 8 faiz isə seçimini etmədiyini və ya səs verməyi planlaşdırmadığını vurğulayıb.
Rəylər