Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Karantin elan olunmuş ərazilərdə insanlara zor tətbiq edirlər - VİDEO + FOTO
Yanvarın 24-dən Çin ərazisində koronavirusla bağlı karantin elan edilib. Ölümcül virusun yayılmasının qarşısını almaq üçün ölkədə tədbirlər görülür.
Oxu.Az xəbər verir ki, sosial şəbəkədə karantin qaydalarına tabe olmayan insanlara qarşı zor tətbiq edilməsi barədə videolar yayımlanıb.
Videodakı görüntülərdən məlum olur ki, qaydalara qarşı çıxan insanları zorla təcili yardım maşınlarına mindirir və xəstəxanalara aparırlar.
Karantin və fövqəladə vəziyyət elan olunan Vençjou şəhərində insanlara iki gündə bir dəfə evdən çixmağa icazə verən vərəqələr paylayırlar.
İçan şəhərində isə polis zabitinin arxasında, divarda qırmızı rəngli plakatda “Evdən çıxsanız, ayaqlarınızı qıracağıq! Mübahisə etsəniz, vurub dişlərinizi tökəcəyik!” – yazılıb.
"Çin" teqi üzrə xəbərlər
- Çində idmançı-həkim rəqibini xəstəxanalıq etdi
- Çinli qadın hər bürcdə bir uşaq dünyaya gətirir
- Çində onlayn oyunun qalibləri milyonlarla dollar mükafat aldılar
- Çində bıçaqlı hücum: 8 nəfər ölüb, 17 nəfər yaralanıb
- Çində kişi avtomobili insanların üzərinə sürdü: 30-dan çox ölən, 43 nəfər yaralanan var
Rəylər