31 yaşlı qazaxıstanlı Olesya Suspisina karantinin bitməsini Türkiyədə qeyd etmək istəyib.
“Mirror” agentliyi xəbər verir ki, bu məqsədlə qadın Antalyada yerləşən şəlalələrdən birinin zirvəsinə çıxaraq foto çəkdirmək qərarına gəlib.
Lakin qadının bu “əyləncəsi” faciə ilə nəticələnib. Ayağı sürüşən O.Suspisina şəlalənin zirvəsindən aşağıya yuvarlanıb və aldığı xəsarətlərdən yerindəcə keçinib.
Qadının 35 metr hündürlükdən yıxıldığı məlum olub. Polis hadisənin ehtiyatsızlıqdan baş verdiyini təsdiqləyib.
O.Suspisina Qazaxıstanda dəfn olunacaq.