İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Karlo Ançelotti gəlirlərini vergi orqanlarından gizlətdiyinə görə həbs oluna bilər.
Mənbə yazır ki, söhbət mütəxəssisin 2013-15-ci illərdə “kral klubu”nda işlədiyi müddətdən gedir.
İttihama görə, italyan mütəxəssis öz gəlir vergisi bəyannaməsində yalnız “Real”dan aldığı mükafatı qeyd edib, halbuki, məşqçi öz imicindən istifadə etmək hüququnu təkcə rəhbərlik etdiyi kluba yox, digər təşkilatlara da verib. Lakin məşqçi həmən təşkilatlardan büdcəsinə daxil olan məbləğin hesabatını təqdim etməyib.
Əgər Madrid prokurorları məhkəmədə haqlı olduqlarını sübuta yetirsələr, məşqçini 4 il 9 ay həbs cəzası gözləyir.
Mənbə: Ua-football.com
Rəylər