Kataloniya hökumətinin başçısı Karles Puçdemon və muxtariyyətin digər rəhbərləri regionun İspaniyadan müstəqilliyin elan edilməsi barədə sənəd imzalayıblar.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, sənəd hələ ki qüvvəyə minmir.
Qeyd edək ki, Karles Puçdemon bundan əvvəl Kataloniya deputatlarının qarşısında çıxışı zamanı parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb.
S.B.
www.oxu.az