Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Keçmiş Elbasının daha bir statusu əlindən alındı
Qazaxıstan respublikasının birinci prezidenti Nursultan Nazarbayevə verilən “fəxri senator” statusu parlamentin reqlamentindən çıxarılıb.
Bu barədə Senatın (parlamentin Yuxarı Palatası) sədri Maulen Aşımbayev jurnalistlərə bildirib.
“Nəzərə alsaq ki, konstitusiyadan (ölkənin birinci prezidentinin statusu və səlahiyyətləri haqqında maddələr) çıxarılıb… biz onu reqlamentimizdən çıxardıq”, - deyə Aşimbayev izah edib.
Qeyd edək ki, Qazaxıstan parlamentinin Yuxarı Palatası 2019-cu il mayın 30-da (respublikanın birinci prezidentinin qızı Dariqa Nazarbayevanın Senatın sədri olduğu vaxtlarda) Nazarbayevə “fəxri senator” statusu verib. Bu statusa görə, Nazarbayev parlamentin Yuxarı Palatasının iclaslarında iştirak edə bilərdi.
Xatırladaq ki, Nursultan Nazarbayev Qazaxıstanın millət lideri (Elbası) titulundan da məhrum olunub.
Mənbə: TASS
"Qazax" teqi üzrə xəbərlər
- Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib
- Qazaxda 19 yaşlı oğlan intihar edib
- Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI
- Qazaxda evdə yanğın olub