Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kennedi 2024-cü il seçkiləri ərəfəsində Bayden və Trampı qabaqlayır
ABŞ prezidentliyinə namizəd, demokrat Robert Kennedi amerikalı seçicilər arasında ən yüksək reytinqə malikdir.
“The Economist/YouGov”un sorğusuna əsasən, hazırkı Prezident Co Baydenin Demokratlar Partiyasından namizədlik uğrunda mübarizədəki rəqibini respondentlərin 49%-i müsbət, yalnız 30%-i mənfi qiymətləndirib.
Araşdırmaya görə, Kennedinin xalis reytinqi 19 bal təşkil edir ki, bu da digər namizədlərdən yüksəkdir.
Məsələn, Baydenin analoji göstəricisi mənfi 7 baldır. Belə ki, amerikalıların yalnız 45%-i ABŞ prezidentini müsbət qiymətləndirir, respondentlərin 52%-i isə əks nöqteyi-nəzərdən çıxış edir.
Respublikaçılar Partiyasından dövlət başçısı postuna iddialı olanlara gəlincə, aparıcı namizəd, ABŞ-nin keçmiş lideri Donald Trampın da reytinqi mənfi 10 bal səviyyəsindədir. Seçicilərin yalnız 43% onu bəyənir, 53%-i isə Trampa qarşı əks mövqedədir.
Mənbə: gazeta.ru
"Donald Tramp" teqi üzrə xəbərlər
- ABŞ məhkəməsi Trampın transseksuallarla bağlı qərarına qarşı çıxdı: Sərəncamın icrasını dayandırdı
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Ukrayna barədə sual Ağ Ev rəhbərini təəccübləndirdi
- Maskın Trampın ofisini "bir-birinə qatan" oğlunun anası: "Mən ancaq xahiş edə bilərəm"
- ABŞ silahlarını alanlardan insan hüquqlarına riayət etmək tələbi LƏĞV OLUNDU