Bəşər Əsədin prezident postunda qaldığı halda, Suriyada sülh perspektivləri olmayacaq.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri “Orient News”a verdiyi müsahibəsində bəyan edib.
“Amerika Birləşmiş Ştatları və müttəfiqlərin əksəriyyəti, Əsədin hakimiyyəti dövründə Suriyada sülhün bərqərar olmayacağını düşünürlər. Biz hesab edirik ki, Əsəd hakimiyyətin ötürlüməsinə yardım etməlidir”, - Kerri bəyan edib.
Müsahibədə Kerri, həmçinin Moskvanın Əsədin bütün openentlərini terrorçu hesab etdiyi üçün Rusiyanı qınayıb.