ABŞ dövlət katibi Con Kerri bildirib ki, Cenevrədə RF XİN başçısı Sergey Lavrovla Ukrayna ilə bağlı “açıq söhbət” edib.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Elə indicə Rusiyanın XİN rəhbəri ilə Ukrayna, Suriya və İranın nüvə problemi üzrə danışıqlarla bağlı açıq diskussiya üçün görüşdüm”, - Kerri Tvitter səhifəsində yazıb.
Con Kerri və Sergey Lavrov bazar ertəsi Cenevrədə “President Wilson” mehmanxanasında qapalı rejimdə görüş keçiriblər. Onlar bir-birini salamlayıb və fotokameraların obyektivləri qarşısında əl sıxıblar. Bundan sonra onlar KİV-dən zalı tərk etməyi xahiş ediblər.
Qeyd edək ki, bu, Rusiya və ABŞ xarici işlər idarəsinin rəhbərlərinin bu il keçirdiyi ikinci görüşüdür. Ötən il Lavrov və Kerri 15 dəfədən çox görüşüb və bir sıra telefon danışıqları aparıblar.
www.oxu.az