Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kilian Mbappe “PSJ”dən ayrılacağını açıqlayıb - VİDEO
Fransa millisinin hücumçusu Kilian Mbappe mövsümün sonunda Fransanın “Paris Sen-Jermen” futbol klubunu tərk edəcək.
Bu barədə futbolçu özünün “X” hesabında məlumat verib.
“Hər zaman demişəm ki, vaxtı gələndə sizə məlumat verəcəyəm. Hamınıza bildirmək istəyirəm ki, bu, PSJ-dəki son ilimdir. Müqaviləmi yeniləməyəcəyəm və bir neçə həftədən sonra macəram sona çatacaq. Son matçımı bazar günü “Park de Prens”də keçirəcəyəm”, - deyə futbolçu bildirib.
Xatırladaq ki, Mbappenin 25 yaşı var və 2017-ci ilin yayından o PSJ-də çıxış edir. Komandanın tərkibində futbolçu beşqat Fransa çempionu, üç dəfə ölkə kuboku və superkubokun qalibi olub, iki dəfə isə Liqa Kubokunun qalibi olub. Bundan əvvəl futbolçu “Monako”da çıxış edib və onun heyətində Fransa çempionluğunu qazanıb.
MERCI. 🔴🔵 @PSG_inside pic.twitter.com/t0cL2wPpjX
— Kylian Mbappé (@KMbappe) May 10, 2024
Mənbə: championat.com
"Kilian Mbappe" teqi üzrə xəbərlər
- "Qızıl top"a namizədlərin reytinq sıralanması bəlli oldu
- UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ən yaxşısı kim olacaq?
- Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunlarının ən yaxşıları bəlli olub
- Kilian Mbappe yenidən milliyə çağırılıb
- 2025-ci ilin ilk ayının ən yaxşı futbolçusu bəlli olub