Türkiyənin Antalya şəhərinin Kəmər rayonunda kişi keçmiş arvadının boğazını kəsib.
“Demirören Haber Ajansı”nın (DHA) xəbərinə görə, 35 yaşlı Poyraz Çavdar 32 yaşlı Oya Aydoğdunun boğazını kəsdikdən sonra ona beş bıçaq zərbəsi vurub.
P.Çavdarla O.Aydoğdu boşansalar da, birlikdə yaşamağa davam ediblər. Çavdar Aydoğdunun ona xəyanət etməsindən şübhələnib və qadının telefonuna proqram yükləyərək onu izləyib. O, keçmiş arvadının ən çox danışdığı nömrənin sahibi ilə görüşdüyünü öyrənib. Bundan sonra Çavdar qadının boğazını kəsib və bıçaqla beş dəfə ona müxtəlif dərəcəli xəsarət yetirib.
Daha sonra qadının görüşdüyü Gökhan K.-nın iş yerinə gələn Çavdar onu qarnından və boğazından bıçaqlayıb.
İfadəsində o, qadını və kişini öldürmək məqsədi ilə vurmadığını deyib.
Məhkəmə qərarı ilə P.Çavdar həbs olunub.
