Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

KİV: “ABŞ İsrailə milyonlarla dollar dəyərində sursat tədarük etməyə hazırlaşır”
Birləşmiş Ştatlar İsrail hakimiyyətinə milyonlarla dollar dəyərində müxtəlif döyüş sursatları verməyi planlaşdırır.
Bu barədə “Wall Street Journal” amerikalı rəsmiyə istinadla xəbər verib.
Bildirilir ki, gözlənilən silah tədarükünə təxminən 1 000 ədəd “MK-82” bombası, “KMU-572” birbaşa hücum sursatları və “FMU-139” bomba partladıcıları daxildir.
Mənbə bildirib ki, təklif edilən tədarük hələ daxili administrasiya tərəfindən nəzərdən keçirilir, həmçinin, təklifin təfərrüatı dəyişə bilər.
"İsrail" teqi üzrə xəbərlər
Ən çox oxunanlar