Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
KİV: "Trampın komandası İrana qarşı yeni sanksiyalar və hücum variantları üzərində düşünür"
"İran 2024-cü ildə daxildə ciddi iqtisadi böhran, Yaxın Şərqdə uğursuzluqlarla üzləşdiyi və çox zəif vəziyyətdə olduğu halda, yeni il İslam Respublikası üçün daha çətin olacaq. Çünki Tehranı Donald Trampın yeni administrasiyası gözləyir".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Azad İran" yazır.
Məlumata görə, Trampın komandası İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Eyni zamanda, Tramp prezident vəzifəsinə başlamazdan öncə İranın nüvə silahı istehsalının qarşısını almaq üçün hava hücumları da daxil olmaqla, müxtəlif variantları nəzərdən keçirir.
Qeyd olunur ki, hazırda İran iqtisadiyyatı yanlış idarəçilik, korrupsiya və sanksiyalar səbəbindən iflic vəziyyətindədir.
"ABŞ-İran münasibətləri" teqi üzrə xəbərlər
- Ağ Evdəki gizli görüşün TƏFƏRRÜATI: Bayden İranın nüvə obyektlərinə zərbə endirəcək?
- İranın ali rəhbəri Suriya ilə bağlı proqnozunu açıqlayıb
- Antoni Blinkendən İranla bağlı sensasiyalı bəyanat
- Tramp İranın nüvə proqramına mane olmaq üçün zərbələr endirə bilər
- Norveçdə ABŞ səfirliyinin işçisi İrana casusluğa görə saxlanılıb
Rəylər