Ukrayna paytaxtı Kiyevin dəmiryol vağzalında izdiham yaşanır.
“Report”un Şərqi Avropa bürosunun əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, şəhər sakinləri kütləvi olaraq Kiyevi tərk etməyə çalışırlar.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, ciddi texnika itkisinə baxmayaraq Rusiya ordusu Kiyevə hücumu davam etdirir.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə bağlı ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları üçün bu gün yerli vaxtla 12:00-da Kiyevin dəmiryol vağzalından Mogilyov-Podolsk şəhərinə qatar yola düşəcəyi planlaşdırılır. Qatara minmək biletsizdir və növbə əsasında həyata keçiriləcək.