Ukrayna prezidenti Pyotr Poroşenko bu şənbə Kiyevdə keçiriləcək gey-paradda iştirak etməyəcək.
Oxu.Az bu barədə “İntefaks-Ukrayna”ya istinadla xəbər verir.
Lakin o, bərabərlik marşının keçirilməsinin qarşısını almaq üçün heç bir əsas görmür.
“Mən bu məsələyə xristian və avropalı prezident kimi münasibət bəsləyirəm, hesab edirəm ki, bu, tamamilə ümumi anlayışdır. Mən paradda iştirak etməyəcəm.
Lakin mən bu marşın qarşısını almaq üçün heç bir əsas görmürəm, çünki bu, hər bir Ukrayna vətəndaşının konstitusion hüququdur”, - o qeyd edib.