ABŞ prezidentliyinə Demokratlar partiyasından namizəd Hillari Klinton Respublikaçılar partiyasından olan rəqibi Donald Trampı 12 faiz geridə qoyub.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu, “ABC News” telekanalının sorğusundan sonra məlum olub.
Klintonu 50%, Trampı isə 38% seçici dəstəkləyir. Klinton oktyabrın 13-də keçirilən analoji sorğudan sonra populyarlığına 4 faiz də əlavə edib.
N.O.
www.oxu.az