Üç saatdır İŞİD Kobaniyə aramsız olaraq bombalar yağdırır.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Kobani şəhərinə səhər saatlarından etibarən bir-birinin ardınca bombalar yağır.
Tank toplarından atılan bombalar nəticəsində Kobani şəhəri bü gun alovlar içərisindədir. Üç saatdır İŞİD Kobaniyə aramsız olaraq bombalar yağdırır. Artıq İŞİD qruplaşması Kobaninin qərb tərəfindən içəriyə doğru irəliləyib. Türkiyə də öz növbəsində sərhəddə tank və əsgərlərinin sayını artırıb.
Qeyd edək ki, İŞİD bayram namazını Kobanidə qılacaqlarını deyib.