Danimarkanın paytaxtı Kopenhagenin Norrebro rayonu ərazisində yerləşən polis bölməsinin yanında partlayış baş verib.
Partlayış nəticəsində heç kəs xəsarət almayıb.
Partlayış nəticəsində polis binası cüzi zərər görüb. Polis avqustun 6-da Kopenhagendə baş vermiş partlayışla indiki insident arasında əlaqənin olub-olmamasını araşdırır.
Xatırladaq ki, avqustun 6-da Esteboro rayonu ərazisində Vergi İdarəsinin binasının girişində baş vermiş partlayışda bir nəfər yüngül xəsarət almış, binanın fasadı zədələnmişdi.