Dünyada 539 189 367 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
Virusdan 6 328 200 xəstə ölüb, 511 923 317 nəfər sağalıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (87 114 740 ), Hindistan (43 207 265 nəfər), Braziliya (31 360 850 nəfər), Fransa (29 753 370 nəfər) və Almaniyadır (26 727 874 nəfər).
Sərhəd qonşularımız arasında Rusiyada 18 365 879, Türkiyədə 15 072 747, İranda 7 233 319, Gürcüstanda 1 657 729, Ermənistanda isə 423 006 nəfərdə koronavirus aşkar edilib.
Azərbaycanda koronavirusa yoluxan 792 847 nəfərin 9 714-ü ölüb, 783 070 xəstə sağalıb.