Dünyada 651 580 880 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.
Virusdan 6 651 983 xəstə ölüb, 627 892 375 nəfər sağalıb.
Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (101 104 275 nəfər), Hindistan (44 675 288), Fransa (38 259 833), Almaniya (36 690 235) və Braziliyadır (35 482 252).
Sərhəd qonşularımız arasında Rusiyada 21 635 764, Türkiyədə 17 005 537, İranda 7 559 999, Gürcüstanda 1 806 918, Ermənistanda isə 445 828 nəfərdə koronavirus aşkar edilib.
Azərbaycanda koronavirusa yoluxan 824 641 nəfərin 9 984-ü ölüb, 814 353 xəstə müalicə olunaraq sağalıb.