Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Koronavirusu “öldürən” məhsulun adı açıqlandı
Fransadakı Monpelye Universitetinin tədqiqat qrupu koronavirusa öldürücü təsir edən məhsulun adını açıqlayıb.
Bu barədə “The Sun” nəşri xəbər yayıb.
Tədqiqat müəlliflərinin məlumatına görə, bu məhsul kələmdir. Alimlər müxtəlif növ kələm növlərinin populyar olduğu ölkələrdə (məsələn, Almaniya və Cənubi Koreyada) koronavirusdan ölüm nisbətinin aşağı olduğunu müəyyən ediblər.
Bildirilir ki, kələmdə koronavirusun ağır gedişatına mane olan maddələr var. Belə ki, kələm turşusunda bədənin patogenlərə qarşı müdafiəsini gücləndirən antioksidantlar mövcuddur.
Qeyd edək ki, daha əvvəl ispaniyalı dietoloq Alexandro Kanovas və İspaniyanın Pulmonologiya və Torakal Cərrahiyyə Cəmiyyətinin (SEPAR) rəhbəri Eusebi Çiner ağciyərləri koronavirusdan qorumağa kömək edən məhsul kimi yumurta, düyü, mavi balıq və qozu göstərmişdilər. Onların sözlərinə görə, sözügedən məhsullar tənəffüs sistemini gücləndirməyə kömək edə bilər.
“Ağciyərlərin vəziyyəti pisləşdikdə bədənin zülala ehtiyacı artır. Xüsusilə, yumurtalarda A vitamini kimi yağda həll olan vitaminlər, eləcə də yüksək keyfiyyətli zülallar var”, - deyə, o bildirib.
"Almaniya" teqi üzrə xəbərlər
- Şolts Ukraynaya çatacaq hərbi yardımın qarşısını alır
- Almaniyada 400 illik heykəlin ayağından XƏZİNƏ tapıldı
- Almaniyanın bütün hava limanlarında uzun növbələr yaranıb: Kompüter sistemi sıradan çıxıb
- Suriya lideri Almaniya və Fransanın XİN rəhbərləri ilə görüşüb
- Berlində polis məntəqəsi yaxınlığında partlayış: Yaralananlar var
Rəylər