“Bakı və İrəvanın nəhayət sülh müqaviləsi bağlamalarına kömək etmək üçün səylərimiz davam edir”.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, regionda vəziyyəti sabitləşdirmək, daha müsbət və yaradıcı həyat səviyyəsinə nail olmaq üçün lazımdır”, - deyə o, brifinqdə bildirib.
Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik məsələlərində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı səsləndirdiyi iddialara da münasibət bildirib.
Onun sözlərinə görə, Kreml bununla bağlı İrəvandan tam məlumat alacağını gözləyir.
“Biz hələ Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik. Təbii ki, erməni dostlarımızla söhbətdə bu məsələ ilə bağlı bütün məlumatları alacağımızı gözləyirik”, - deyə mətbuat katibi bildirib.
Mənbə: İzvestiya
Rəylər