RF prezidentinin nəzarət idarəsinin rəisi Konstantin Çuyçenko, məmurların bahalı avtomobil və kabinetlər üçün mebelin alınmasını məhdudlaşdıran qanun üzərində düşünməyin vacib olduğunu hesab edir.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, RF sosial-iqtisadi inkişafının nailiyyətlərinin göstəricilərinin monitorinqi üzrə komissiyanın iclasında məruzə ilə çıxış edərkən o, Rusiya prezidenti Vladimir Putinə federal müqavilə sistemində “icazə normalarının” olmaması müxtəlif səviyyəli məmurların bahalı avtomobillər və kabinetlərinə dəbdəbəli mebellərin alınması üçün sifarişlər verməyə imkan yaratadığını deyib.
“Göstərilən məhdudiyyətlərin normativ-hüquqi şəkildə möhkəmləndirilməsi üçün Rusiya hökumətinə təkliflər hazırlaması barədə göstəriş verilsin” – RF prezidentinin yardımçısı deyib.
O əlavə edib ki, hal-hazırda “Keçən il dövlət sifarişlərinin alınmasına sərf edilən, həcmi isə 7 trilyon rubla çatan büdcə xərclərinin optimallaşdırılması üzrə məqsədyönlü iş gözə çarpmır”.