Yaltada Azərbaycan diasporasının bağın saxlanmasına dair xahişlərinə baxmayaraq, Cəlil Nəcəbov adına bağın yerində ticarət mərkəzi tikiləcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Krıminform” İnformasiya Agentliyi Yalta şəhər şurasının sədri Valeri Kosarevin sözlərinə istinadən bildirib.
Mətbuat konfransında Kosarev bəyan edib ki, inşaatçılarda sənədlər prinsipcə qanunidir, ona görə də onlara tikinti aparmağa mane ola bilməzlər. Şəhər şurasının sədri bildirib ki, tikintiyə icazə verməzdi, amma artıq icazə alınıb və heç nəyi dəyişmək olmaz.
Şəhər şurasının sədri qeyd edib ki, Azərbaycan icmasının nümayəndələri ilə görüşüb və onlar bağın Cəlil Nəcəbovun abidəsi olan hissəsinin saxlanılmasını vəd edib.
Kosarev əmin edib ki, inşaat işləri şəhər hakimiyyətinin nəzarəti altında aparılacaq.
“Ticarət mərkəzi planlaşdırılmış mərtəbə sayında tikiləcək. İnşaatçılar artırmaq istəyirdilər. Məsələ şəhər administrasiyasının və şəhər şurasının nəzarətindədir”, - o deyib.
Daha öncə Krımın Azərbaycan icması Cəlil Nəcəbov adına bağda əyləncəli-ticarət mərkəzində tikintiyə qarşı çıxmışdılar.
İctimaiyyət nümayəndələri bağın abadlaşdırılması üçün az iş görməyiblər və orada açıq havada Azərbaycan tarixi muzeyini yaratmağı planladıqlarını qeyd ediblər.
www.oxu.az