Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kriştianu Ronaldu ilə bağlı araşdırmalara başlanıldı - VİDEO
Səudiyyə Ərəbistanı Futbol Federasiyası “Əl Nəsr”in hücumçusu Kriştianu Ronaldu ilə bağlı araşdırmaya başlayıb.
Buna səbəb Ronaldunun Səudiyyə Ərəbistanı Pro Liqasının 21-ci turunun oyunundan (3:2) sonra “Əl Şəbab” azarkeşlərinə nalayiq jest göstərməsi olub.
Qeyd edək ki, bu, Səudiyyə Ərəbistanında Ronaldu ilə bağlı ilk belə hadisə deyil. Keçən ilin aprelində o, “Əl Hilal”a 0:2 hesabı ilə uduzduqdan sonra da nalayiq hərəkətlər nümayiş etdirib. Bu ayın əvvəlində isə Kristianu tribunadan ona atılan “Əl-Hilal” şərfini götürərək şortunun içinə salıb və sonra tribunaya atıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Pro Liqasının bu mövsümündə 39 yaşlı Kriştianu Ronaldu 20 matça çıxıb, 22 qol vurub və 9 məhsuldar ötürmə edib. Həmçinin onun hesabında Ərəb Çempionlar Klublar Kubokunda üç oyun və dörd qol var. Bundan əlavə, o, Asiya Futbol Konfederasiyası Çempionlar Liqasının altı oyununda beş qol vurub.
Ümumilikdə Ronaldu 2023-cü ildə 54 qol vuraraq dünyanın ən yaxşı bombardiri seçilib.
Mənbə: Champion.com
"Çempionlar Liqası" teqi üzrə xəbərlər
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- UEFA Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub
- "Atletiko Madrid" 74 illik seriyanı təkrarlayıb
- UEFA Çempionlar Liqası ilə vidalaşan daha iki komanda bəlli olub
- Çempionlar Liqası: "Arsenal" və "Milan"dan qələbə, "Yuventus" "Mançester Siti"ni məğlub etdi
Rəylər