Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən "Solneçnaya Dolina" ticarət mərkəzinə pilotsuz uçuş aparatları ilə endirilən zərbələr nəticəsində azı 14 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanca "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, hücum nəticəsində 121 nəfər yaralanıb, onların arasında 22 uşaq da var. Yaralılardan 29 nəfərin, o cümlədən beş uşağın vəziyyəti ağır qiymətləndirilir.
Qanca bildirib ki, itkin düşən və əlaqə saxlamaq mümkün olmayan şəxslər də var.
Qeyd edək ki, "Solneçnaya Dolina" ticarət mərkəzi avqustun 21-də gün ərzində iki dəfə PUA hücumuna məruz qalıb. Zərbələrdən sonra binada yanğın baş verib.
Rusiya ordusunun Ukraynanın Dnipropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən ən böyük ticarət kompleksinə zərbə PUA-ları ilə hücumu nəticəsində həlak olanların və yaralananların sayı artıb.
Oxu.Az bu barədə UNIAN agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, hücum nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Xəsarət alanların sayı da artaraq 91 nəfərə çatıb.
Rusiya hərbçiləri Ukraynanın Dnipropetrovsk vilayətinin Krivoy Roq şəhərində yerləşən ən böyük ticarət kompleksinə zərbə PUA-ları ilə hücum ediblər. Nəticədə həlak olanlar və çoxlu sayda yaralananlar var.
Oxu.Az bu barədə UNIAN agentliyinə istinadən xəbər verir.
Dnipropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın məlumatına görə, hücum nəticəsində iki nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
"Ticarət mərkəzinin daxilindəki mağazalar yanır", - deyə o bildirib.