Məşhur rusiyalı teleaparıcı Kseniya Sobçak Moskvada rusiyalı Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbsini şərh edib.
Oxu.Az xəbər verir ki, məşhur teleaparıcı Zeynalovun həbsinin əks olunduğunu videonu Fyodr Bondarçukun yaradıcılığı, Zeynalovun özünü isə Bin Ladenlə müqayisə edib.
“Belə təəssürat yaranır ki, Zeynalovun həbs videosunun prodüseri Rodnyanskiydir, görüntüləri isə rejissor Fyodr Bondarçuk özü çəkib” – deyə, Sobçak Tvitter-də yazıb və əlavə edib: “Qısası, deyəsən bizim Bin Laden tutulub. Ölkə xilas edilib. Getdim yatmağa”.