Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Rusiya Ukraynaya genişmiqyaslı işğala başlayıb, onun sözlərinə görə, Ukrayna şəhərləri atəşə tutulur.
“Putin indicə Ukraynaya genişmiqyaslı işğala başlayıb. Ukraynanın dinc şəhərləri hücuma məruz qalır. Bu, aqressiv müharibədir. Ukrayna özünü müdafiə edəcək və qalib gələcək”, - deyə ukraynalı nazir “Twitter”də yazıb.
Putin has just launched a full-scale invasion of Ukraine. Peaceful Ukrainian cities are under strikes. This is a war of aggression. Ukraine will defend itself and will win. The world can and must stop Putin. The time to act is now.
— Dmytro Kuleba (@DmytroKuleba) February 24, 2022