Küveyt Beynəlxalq Hava Limanına bir gün əvvəl həyata keçirilən pilotsuz uçuş aparatı ilə hücumu əks etdirən video yayımlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Küveytin Mülki Aviasiya Baş İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
Aeroport ərazisindəki müşahidə kameraları İranın "Şahed" kamikadze-dronuna bənzəyən aparatın yüksək sürətlə binanın damına çırpılması anını qeydə alıb. Zərbə nəticəsində güclü partlayış baş verib və havaya nəhəng tüstü dumanı qalxıb.
Xatırladaq ki, ötən gün baş verən hadisədə 1 nəfər həlak olub, 63 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Dünyasını dəyişən şəxsin 54 yaşlı Hindistan vətəndaşı Mənzur Əhməd Rəhman olduğu müəyyənləşib. Hindistanın Küveytdəki səfirliyi daha sonra öz vətəndaşının ölüm faktını təsdiq edib.