Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Latviya Rusiya qeydiyyat nişanlı avtomobillərin ölkəyə girişini qadağan etdi
Latviya hökuməti sentyabrın 12-dən etibarən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub.
Məlumata görə, Rusiya və ya Belarusa qayıtmaqdan imtina edən şəxslərin avtomobilləri gömrük orqanları tərəfindən müsadirə ediləcək.
Qadağa Latviya vasitəsilə Avropa İttifaqından Rusiya Federasiyasına qayıdan və şəxsi istifadə üçün nəzərdə tutulan Rusiya nömrəli avtomobillərə təsir etməyəcək.
Həmçinin, qadağa Latviya üzərindən Kalininqrad vilayətinə yük daşıyan Rusiya şirkətlərinin yük maşınlarına şamil edilmir.
Mənbə: kommersant.ru
"Rusiya Federasiyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər