Moskva terrorçulara qarşı nüvə silahından istifadə etməyi lazım görmür.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov bildirib.
“Onların öhdəsindən adi vasitələr ilə də gəlmək olar”, - nazir izah edib.
O, Rusiya prezidenti Vladimir Putinin terrorçulara qarşı nüvə silahının istifadəsinin lazım olmadığını dediyini xatırladıb.
Lavrovun sözlərinə görə, “adi vasitələrin” istifadəsi Rusiya doktrinasına tamamən uyğun gəlir.