Türkiyə hakimiyyəti ölkəni ağır vəziyyətə salmaqla risk edir, rusiyalı nazir belə hesab edir.
Rusiya hakimiyyəti hesab edir ki, Su-24 ilə bağlı hadisədə Türkiyə həddini aşdı, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bəyan edib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Biz hesab edirik ki, Türkiyə rəhbərliyi həddini aşıb və Türkiyəni uzunmüddətli həm milli maraqlar baxımından, həm də regionda vəziyyət baxımından ağır vəziyyətə salmaqla risk edir”, - o bəyan edib.