MDB Xarici İşlər nazirlərinin Şurasının iclasında Birlik üçün mühüm qərarların qəbul edildiyini jurnalistlərə başa çatmış iclasın nəticələrinə əsasən İcra komitəsinin MDB icraçı katibi Sergey Lebedev bildirib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“MDB üçün mühüm qərarlar qəbul edilib. MDB-nin bütün 11 dövlətinin iclasda təmsil edildiyini vurğulamaq istərdim. Bu isə təşkilatın iştirakçı ölkələrinin yaşadığı bəzi çətinliklərə baxmayaraq MDB-nin öz işini davam etdirdiyini göstərir”, - Lebedev deyib.
O qeyd edib ki, cari iclas konstruktiv axarda keçib.
“İştirakçıların bir-birinin mövqeyini nəzərə almaq istəyi sahəsində biz bütün məsələlər üzrə operativ şəkildə kompromis qərarlar tapdıq”, - MDB-nin icraçı katibi əlavə edib.
XİNŞ-in iclası nəticəsində 16 məsələyə baxılıb, Lebedevin fikrincə onların içində daha vacibləri 2016-2020-ci illər üçün təşkilatın xarici sərhədlərində sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsində əməkdaşlığa, fövqəladə halların qarşısının alınması və aradan qaldırılmasında əməkdaşlığa dair razılaşmalar, eləcə də xarici sərhədlərdə böhran vəziyyətlərinin tənzimlənməsinə istiqamətlənmiş MDB ölkələrinin sərhəd və digər idarələrinin formalaşdırılmasına dair məsələlərdir.