"Lego" Hollivud ulduzu Bred Pittin baş rolu ifa etdiyi "Formula-1" filmi əsasında hazırlanmış yeni oyun dəstini təqdim edib.
Oxu.Az "DailyAfisha"ya istinadən xəbər verir ki, dəst 268 hissədən ibarətdir.
Yarış avtomobilindən əlavə, dəstdə filmin əsas personajları - pilot "Sonni Heyz" (Bred Pitt) və "Coşua Pirs"in (Damson İdris) fiqurları da yer alır.
Oyuncaqlar 1 yanvar 2026-cı ildən etibarən 27.99 dollara satışa çıxarılacaq.
Qeyd edək ki, "Formula-1" filmi bu ilin avqust ayında ekranlara çıxıb.