Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Litva paytaxtında 250 kiloqramlıq bomba aşkarlanıb
Vilnüsdə qazıntı işləri zamanı II Dünya Müharibəsi zamanına aid 250 kq ağırlığında təyyarə bombası aşkar edilib.
Bu barədə Vilnüs dairə polis komissarlığından məlumat verilib.
“Təhlükəli tapıntının baş verdiyi ərazidə nəqliyyatın hərəkəti dayandırılıb. Ətrafdakı bir neçə evin sakinləri təxliyə edilib”, - məlumatda deyilir.
Hadisə yerinə polis, həkimlər, istehkamçılar və digər xilasetmə xidmətlərinin nümayəndələri gəliblər.
Qeyd edək ki, bomba əsasən kiçik fərdi evlərdən ibarət pravoslav qəbiristanlığının ərazisində aşkar edilib.
Mənbə: TASS
Ən çox oxunanlar
Rəylər