London metrosunda həyəcanlı anlar yaşanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda metroda baş verən valideyn diqqətsizliyi az qala körpənin ölümünə səbəb ola bilərdi. Yaşanan hadisə metronun təhlükəsizlik kamerası tərəfindən anbaan qeydə alınıb.
Belə ki, Londonda gənc bir ata uşaq arabasında olan 2 yaşlı övladını metro platformasına yaxın yerdə qoyaraq, eskalatorun başında onu gözləyən həyat yoldaşının yanına çıxır. Elə bu vaxt hərəkət edən uşaq arabası relsin üzərinə düşür.
Arabanın hərəkət etdiyini görən uşağın anası dərhal qaçaraq özünü relsin üstünə atır və ərinin köməyi ilə övladını oradan çıxarır. Ailə bir neçə dəqiqə hadisənin şokundan çıxa bilmir. Adətən, 5 dəqiqə intervalla işləyən metro qatarları, xoşbəxtlikdən bu dəfə gecikib, yoxsa gənc ailə faciə ilə üzləşə bilərdi.