London metrosundakı yanğın nəticəsində iki nəfər xəsarət alıb.
TASS xəbər verir ki, bunu şəhər meri Sadiq Xan bildirib.
Onlardan biri polis əməkdaşı, digəri isə yerli sakindir. Hər ikisinin tüstüdən zəhrləndiyi qeyd olunub.
Bununla yanaşı, artıq yanğın nəzarətə alındığı və lokallaşdırıldığı bildirilib.
18:42
London metrosunun Elefant end-Kasl stansiyasında güclü partlayış baş verib.
“Haber Global”ın məlumatına əsasən, partlayışdan sonra ərazidə yanğın başlayıb.
Stansiyada qatarların hərəkəti dayandırılıb.
Bölgəyə çox sayda yanğınsöndürən texnika cəlb olunub.