Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Londonda etirazlar: Fermerlər parlamentin qarşısındakı meydana traktorlarla çıxıblar
Londonda fermerlər vərəsəlik vergisindəki dəyişikliklərə qarşı etiraz edərək traktorlarla parlament binasının qarşısına çıxıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Məlumata görə, yüzlərlə fermer Vestminster ətrafındakı küçələrə toplaşıb və qəzəblərini ifadə etmək üçün traktorlarını şəhər mərkəzinə çıxarıblar. Əvvəlcə traktorlar Uaytholl küçəsində düzülüb, daha sonra Londonun mərkəzində yavaş hərəkət ediblər.
Fermerlərin narazılığı Böyük Britaniyanın Baş naziri Kir Starmerin hakimiyyətə gəlməsindən sonra elan edilən vərəsəlik vergisindəki dəyişikliklərlə bağlıdır. Yeni qanuna əsasən, dəyəri 1 milyon funtdan yuxarı olan kənd təsərrüfatı torpaqlarının vərəsəliyinə 20% vergi tətbiq olunacaq.
"London" teqi üzrə xəbərlər
- Londonda Hitrou hava limanı elektrik stansiyasında partlayışdan sonra bağlandı
- Dünyanın aparıcı maliyyə mərkəzləri məlum oldu
- Naməlum şəxsin Tauer körpüsünə çıxması Londonda küçələri iflic etdi
- Londonda QƏRAR VERİLDİ: Ukraynaya hərbi yardım davam edəcək
- Londondan Zelenskiyə dəstək gəldi: "Axıra qədər yanınızdayıq"