Londonun Stansted hava limanında terror aktı hazırlamaqda şübhəli bilinən 18 yaşlı qız saxlanılıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Skotland-Yard bildirib.
Adı və milliyyəti barədə məlumat verilməyən qız saxlandıqdan sonra Londonun mərkəzi polis məntəqəsinə gətirilib. Həmçinin, onun haradan Böyük Britaniyaya gəlməsi də hələlik bəlli deyil.