ABŞ-nin Londondakı səfirliyi şübhəli əşya ilə bağlı həyəcan siqnalından sonra yenidən işini bərpa edib.
Bu barədə diplomatik missiyanın “Twitter” səhifəsində yayılan məlumatında deyilir:
“ABŞ səfirliyi normal fəaliyyətinə qayıdıb. Yerli hakimiyyət orqanları səfirliyin qarşısındakı şübhəli obyektə baxış keçirib və onu təhlükəsiz hesab ediblər”.
15:56
ABŞ-nin Böyük Britaniyadakı səfirliyinin əməkdaşlarının bir hissəsi təxliyə edilib, qalanlarından isə adı açıqlanmayan təhlükəsizlik riski səbəbi ilə pəncərələrdən uzaq durmaları istənilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının binada olduğu bildirilir. Ərazidə silahlı polislər və itlər var.
Təhlükənin olması ilə bağlı hansısa səbəb açıqlanmır, London polisi hadisədən xəbərdar olduğunu bildirib.
Mənbə: Daily Mail