Böyük Britaniya parlamentinin Lordlar Palatasında hökumətin Suriya müxalifətini maliyyələşdirməsi ilə bağlı müzakirələr keçirilib.
Oxu.Az-ın xəbərinə görə, lordlar Birləşmiş Krallığın 200 milyon funt sterlinqi nəyə xərclədiyi ilə maraqlanıblar.
Qeyd olunur ki, bu puldan 14 milyonu siyasi dəstəyə, 39 milyonu yollara və böyük bir qismi koalisiyanın dəstəyinə ayrılıb.
Baronessa Kerolayn Koks RT nəşrinə müsahibəsində deyib ki, Britaniya vergi ödəyicilərinin pullarının terrorçuların əlinə keçə bilməsindən narahatdır. O, hökumətdən vəsaitin nəyə xərcləndiyi barədə hesabat istəyəcəyini bildirib.
S.B.
www.oxu.az