Los-Ancelesdə polis küçədə havaya atəş açan kişini öldürüb.
Oxu.Az xəbər verir ki, bu barədə KTLA telekanalı bildirib.
Hadisə iyulun 24-də cümə günü, günün ikinci yarısında, Ventura bulvarının izdihamlı Studio-siti rayonunda baş verib.
Şahidlərin sözlərinə görə, avtobus dayanacağının yanında oturan kişi tapança ilə havaya atəş açmağa başlayıb.
Bu an küçədə öz uşaqları ilə gəzən valideynlər, çoxsaylı insanlar olub.
Hadisə yerinə gələn polislər atəş açan ilə ünsiyyət qurmağa çalışıblar, amma onların tələblərinə məhəl qoymayan kişi tapança ilə hüquq-mühafizə orqanı əməkdaşlarına tərəf nişan alıb. Polislər kişini güllələyiblər.
Hadisə yeri müdafiə xətti ilə haşiyələnib. Cəsədin yanında olan əşyalar robot-minaaxtaranlar tərəfindən araşdırılaraq məhv edilib. Polis istintaqa başlayıb.
Bundan bir sutka öncə Luiziana ştatında ultra sağların tərəfdarı Con Rassel Hauzer kinoteatrda iki tamaşaçını güllələdikdən sonra özü də intihar edib. Bu hadisə zamanı daha yeddi nəfər xəsarət alıb.