ABŞ-nin Los-Anceles şəhərində etiraz aksiyaları zamanı polis əməkdaşı avstraliyalı reportyoru rezin güllə ilə yaralayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.
Kadrlarda görünür ki, "9News" telekanalının müxbiri hadisələri işıqlandırarkən polis onun ayağına güllə atır.
Qeyd edək ki, ABŞ-nin Los-Anceles şəhərində artıq üçüncü gündür davam edən kütləvi etirazlar iğtişaşlara çevrilib. Etirazların səbəbi federal miqrasiya xidmətləri tərəfindən həyata keçirilən genişmiqyaslı reydlər və iddia edilən qeyri-qanuni miqrantların həbsi olub.
Şəhərdə vəziyyət gərgindir - polis avtomobilləri yandırılıb, silahlı toqquşmalar və iğtişaşlar baş verir. Şahidlər bildirirlər ki, vəziyyət nəzarətdən çıxmaq üzrədir.
Son məlumatlara görə, qarşıdurmalara görə, azı 27 nəfər saxlanılıb.
🚨🚨🚨 Los-Ancelesdə etirazlar zamanı polis avstraliyalı reportyoru yaraladı#LosAnceles pic.twitter.com/750aeBdhRq
— Oxu.Az (@oxuaz) June 9, 2025